6 dekabr 2025. Şənbə

Əmrə Can Yuventus'dan ayrılır


  • Transfer
  • 23:49 30.10.2019
  • Oxunma sayı: 474
Əmrə Can Yuventus'dan ayrılır

Yuventus'un futbolçusu Emre Can qışda Turin klubunu tərk edə bilər.

Corner.az-ın "La Gazzetta dello Sport"a istinadən xəbərinə görə, alman yarımmüdafiəçi klubdakı vəziyyətindən razı deyil. Çempionlar Liqası üçün iştirak ərizəsinə daxil edilməyən və bu mövsüm cəmi 4 matçda oynayan 25 yaşlı futbolçu başqa çempionatda çıxış etmək istəyir.

Canla "Bavariya" və PSJ-nin maraqlandığı bildirilir. Onun bu qış "Yuventus"dan ayrılacağı gözlənilir.(qol)







Transfer