25 noyabr 2026. Çərşənbə

PSJ “Brügge”nin futbolçusunu transfer etmək istəyir


  • Transfer
  • 23:03 25.11.2026
  • Oxunma sayı: 48
PSJ “Brügge”nin futbolçusunu transfer etmək istəyir

Fransanın PSJ klubu Belçikanın “Brügge” komandasının vingeri Karlos Forbşu transfer etməkdə maraqlıdır.

90deqiqe.Az-ın məlumatına görə, Paris təmsilçisi Xviça Kvaratsxeliya və Dezire Due uzun müddətə sıradan çıxdıqdan sonra hücum xəttini gücləndirməyi planlaşdırır. Hər iki futbolçu çarpaz bağlarının qırılması səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

PSJ rəhbərliyi Karlos Forbşun transferini nəzərdən keçirir. Bildirilir ki, 22 yaşlı futbolçu digər transfer variantları ilə müqayisədə Fransa klubu üçün daha sərfəli başa gələ bilər.

Portuqaliya millisinin üzvünə “Arsenal” klubu da maraq göstərir.

Qeyd edək ki, nüfuzlu Transfermarkt portalı “Brügge”nin portuqaliyalı futbolçusunun bazar dəyərini 23 milyon avro qiymətləndirir.







Transfer