25 noyabr 2026. Çərşənbə

“Mançester Siti”, “Mançester Yunayted” və “Liverpul” “Çelsi”nin futbolçusuna göz dikib


  • Transfer
  • 23:10 25.11.2026
  • Oxunma sayı: 28
“Mançester Siti”, “Mançester Yunayted” və “Liverpul” “Çelsi”nin futbolçusuna göz dikib
Rəsmi

“Çelsi”nin sağ cinah müdafiəçisi Malo Qusto İngiltərə Premyer Liqasının bir neçə klubunun maraq dairəsinə düşüb.

90deqiqe.Az-ın məlumatına görə, 23 yaşlı futbolçunun çıxışını “Mançester Siti”, “Mançester Yunayted” və “Liverpul” yaxından izləyir.

Cari mövsümdə əsas heyətdə nadir hallarda meydana çıxmasına baxmayaraq, London klubu fransalı müdafiəçini satmaq niyyətində deyil. “Çelsi” futbolçunun transfer qiymətini 75 milyon funt sterlinq (təxminən 90 milyon avro) müəyyənləşdirib.

Məlumata görə, Qustonun transferində əsas namizəd “Mançester Siti” hesab olunur. Komandanın baş məşqçisi Enzo Mareska futbolçu ilə “Çelsi”də birgə çalışdığı dövrdən tanışdır.

Qeyd edək ki, Transfermarkt portalı Malo Qustonun bazar dəyərini 35 milyon avro qiymətləndirir.







Transfer