27 noyabr 2026. Cümə

De Brüynenin xidmətində dörd klub maraqlıdır


  • Transfer
  • 23:27 26.11.2026
  • Oxunma sayı: 50
De Brüynenin xidmətində dörd klub maraqlıdır

“Napoli”nin mərkəz yarımmüdafiəçisi Kevin de Brüynenin çıxışı bir neçə klubun diqqətini cəlb edib.

90deqiqe.Az-ın məlumatına görə, Niderlandın PSV klubu, eləcə də İngiltərə təmsilçiləri “Everton”, “Kristal Pelas” və “Fulhem” belçikalı futbolçunu heyətlərinə qatmaqda maraqlıdırlar.

Bununla belə, “Napoli”nin qış transfer pəncərəsində 35 yaşlı yarımmüdafiəçini komandada saxlamaq istədiyi bildirilir.

Qeyd edək ki, De Brüynenin cari mövsümdə bütün turnirlərdə 17 oyunda dörd qol və iki məhsuldar ötürməsi var. Futbolçunun İtaliya klubu ilə müqaviləsi 2027-ci ilin iyununda başa çatır.

“Transfermarkt” portalı belçikalı futbolçunun bazar dəyərini 8 milyon avro qiymətləndirir.







Transfer