- Transfer
- 00:15 27.11.2026
“Çelsi” klubu müdafiəçisi Marko Palestranı transferə çıxarmağı planlaşdırmır.
90deqiqe.Az-ın məlumatına görə, 21 yaşlı futbolçunun İtaliya A Seriyasına qayıda biləcəyi ilə bağlı xəbərlərə baxmayaraq, London təmsilçisinin rəhbərliyi onu komandada saxlamaqda qərarlıdır. Klub italiyalı müdafiəçini satılmayacaq futbolçular sırasında görür.
Palestranın “Çelsi” ilə müqaviləsi 2033-cü ilin yayına qədər qüvvədədir.
Qeyd edək ki, futbolçu ötən yay transfer pəncərəsində “Atalanta”dan 57 milyon avroya London klubuna keçib. O, Xabi Alonsonun rəhbərlik etdiyi komandada bütün turnirlərdə altı oyuna çıxsa da, məhsuldar göstəricilərlə yadda qalmayıb.
“Transfermarkt” portalı 21 yaşlı müdafiəçinin bazar dəyərini 45 milyon avro qiymətləndirir.