27 noyabr 2026. Cümə

Dirk Kuyt Belçika klubunun baş məşqçisi ola bilər


  • Transfer
  • 00:37 27.11.2026
  • Oxunma sayı: 32
Dirk Kuyt Belçika klubunun baş məşqçisi ola bilər
Rəsmi

Niderlandlı mütəxəssis Dirk Kuyt Belçikanın “Leuven” klubunun baş məşqçisi vəzifəsinə təyin oluna bilər.

90deqiqe.Az-ın “Het Laatste Nieuws” nəşrinə istinadən məlumatına görə, tərəflər arasında danışıqlar yekun mərhələdədir. Mütəxəssisin artıq bazar ertəsi işə başlaması mümkündür.

Futbolçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başlayan Kuyt əvvəlcə “Feyenoord”un U-19 komandasında çalışıb. Daha sonra “Den Haaq”ın baş məşqçisi təyin edilsə də, qeyri-qənaətbəxş nəticələr səbəbindən 17 oyundan sonra vəzifəsindən ayrılıb. Sonrakı dövrlərdə “Beerschot” və “Dordrext” klublarında işləyib.

Ötən yay isə sabiq futbolçu oyunçu kimi də formasını geyindiyi Türkiyənin “Fənərbağça” klubunun məşqçilər korpusuna qoşulub. Baş məşqçi İsmail Kartalın vəzifəsindən ayrılmasından sonra Kuyt da İstanbul təmsilçisini tərk edib.

Məlumata görə, “Leuven” və “Fənərbağça” arasında niderlandlı mütəxəssisin maaşı ilə bağlı hələ bir neçə məsələ razılaşdırılmalıdır. Belə ki, Türkiyə klubu Kuyta əməkhaqqı ödəməyə davam edir.

Dirk Kuytun rəhbərliyi altında “Leuven”in ilk oyununun dekabrın 6-da “Antverpen”ə qarşı keçirilməsi gözlənilir.

Qeyd edək ki, “Leuven” hazırda Belçika çempionatının turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.







Transfer