27 noyabr 2026. Cümə

“River Pleyt” dünya şöhrətli qapıçını transfer etmək istəyir


  • Transfer
  • 00:50 27.11.2026
  • Oxunma sayı: 39
“River Pleyt” dünya şöhrətli qapıçını transfer etmək istəyir
Rəsmi

Argentinanın “River Pleyt” klubu Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasında çıxış edən mərakeşli qapıçı Yasmin Bunu heyətinə qatmaq niyyətindədir.

90deqiqe.Az-ın məlumatına görə, klub rəhbərliyi dünyanın ən yaxşı qapıçısı adına namizədlər arasında yer almış 35 yaşlı futbolçuya maraq göstərdiklərini rəsmən təsdiqləyib.

“Yasmin Bunu transfer hədəflərimizdən biridir. Əgər Beltran komandadan ayrılsa, onu heyətimizə qatacağıq. Məhz Bunu “River Pleyt”in transfer etmək istədiyi qapıçıdır”, – deyə klubun mətbuat katibi Rikardo Daso Səudiyyə Ərəbistanının “Al-Midan” telekanalına açıqlamasında bildirib.

Məlumata görə, Argentina təmsilçisi mümkün transferi ilin ortalarınadək təxirə salmaq istəmir və keçidi artıq yanvarda reallaşdırmağa çalışır. Bununla əlaqədar “River Pleyt”in nümayəndələri mərakeşli qapıçı ilə danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına yollanıblar.

Qeyd edək ki, Bunu “River Pleyt”in azarkeşidir və dəfələrlə bu klubda oynamaq arzusunda olduğunu bildirib. Onun “Əl-Hilal”la müqaviləsi 2028-ci ilin iyulunadək qüvvədədir. “Transfermarkt” portalı qapıçının bazar dəyərini 3 milyon avro qiymətləndirir.







Transfer