- Transfer
- 18:38 24.11.2024
"Milan"ın sabiq baş məşqçisi Cennaro Qattuzo yenidən İtaliyada çalışa bilər.
Corner.az-ın "Sky Sport"a istinadən məlumatına görə, gənc mütəxəssisin "Udineze"nin "sükanı arxası"na keçə bilər. Klub rəhbərliyi "Atalanta" (1:7) və "Roma"ya (0:4) ardıcıl ağır məğlubiyyətlərdən sonra hazırkı çalışdırıcı İqor Tudoru istefaya göndərməyi planlaşdırır. Bu posta real namizəd də Qattuzodu. Həmçinin Paskual Marino və Stefano Kolantuono da digər namizədlərdi.
Qeyd edək ki, "Udineze" hazırda 10 xalla A seriyasında 14-cü yeri tutur.