27 noyabr 2026. Cümə

Joau Feliksin “Barselona”ya qayıdışı reallaşmaya bilər


  • Transfer
  • 00:54 27.11.2026
  • Oxunma sayı: 31
Joau Feliksin “Barselona”ya qayıdışı reallaşmaya bilər

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən hücumçu Joau Feliksin yaxın gələcəkdə “Barselona”ya keçidi gözlənilmir.

90deqiqe.Az-ın “Marca”ya istinadən məlumatına görə, portuqaliyalı futbolçu Avropanın aparıcı çempionatlarından birində yenidən çıxış etmək və Kataloniya klubuna qayıtmaq istəyir. Lakin 27 yaşlı hücumçunun yüksək maaşı bu transferin reallaşmasını çətinləşdirir.

Joau Feliksin transferində əsas namizəd kimi daha əvvəl İtaliyanın “Napoli” klubu göstərilib.

Qeyd edək ki, portuqaliyalı futbolçu 2023/2024 mövsümündə “Atletiko”dan icarə əsasında “Barselona”da çıxış edib. “Transfermarkt” portalı onun bazar dəyərini 28 milyon avro qiymətləndirir.







Transfer