27 noyabr 2026. Cümə

İtaliya klubları “Seltik”in futbolçusunu transfer etmək istəyir


  • Transfer
  • 05:26 27.11.2026
  • Oxunma sayı: 18
İtaliya klubları “Seltik”in futbolçusunu transfer etmək istəyir
thecelticstar

İtaliyanın “Atalanta” və “Bolonya” klubları Şotlandiyanın “Seltik” komandasında çıxış edən İsveç millisinin yarımmüdafiəçisi Bencamin Nyugrenlə maraqlanır.

90deqiqe.Az-ın “Football Italia”ya istinadən məlumatına görə, hər iki klub 25 yaşlı futbolçunu yanvar transfer pəncərəsində heyətinə qatmaq imkanını nəzərdən keçirir.

Nyugren 2025-ci ilin yayında Danimarkanın “Norşellann” klubundan 2,5 milyon avroya “Seltik”ə transfer olunub. O, ilk mövsümündə bütün turnirlərdə 21 qol vuraraq komandasının Şotlandiya çempionluğunu və ölkə kubokunu qazanmasına kömək edib. Yarımmüdafiəçi cari mövsümdə isə çempionatda keçirdiyi 14 oyunda altı dəfə fərqlənib.

Məlumata əsasən, futbolçunun transferi ilə bağlı hələlik rəsmi danışıqlara başlanılmayıb. Onun “Seltik”lə müqaviləsi 2030-cu ilin iyununa qədər qüvvədədir. Bu səbəbdən Şotlandiya klubu futbolçunun vaxtından əvvəl ayrılmasına razılıq vermək üçün yüksək məbləğdə təklif gözləyir.

Qeyd edək ki, “Transfermarkt” portalı Bencamin Nyugrenin bazar dəyərini 24 milyon avro qiymətləndirir.







Transfer