- Transfer
- 01:17 28.11.2026
“Real”ın sabiq futbolçusu Qaret Beylin rəhbərlik etdiyi investorlar konsorsiumu İspaniyanın “Sevilya” klubunun nəzarət səhm paketini almaq üçün danışıqlar aparır.
90deqiqe.Az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.
Məlumata görə, Beylin rəhbərlik etdiyi qrupun sərəncamında təxminən 150 milyon avro kapital var. Lakin bu məbləğ klubun hazırkı sahiblərinin satışla bağlı tələblərini qarşılamaq üçün kifayət etmir. Bu səbəbdən uelsli keçmiş futbolçu investisiya imkanlarını genişləndirmək və əlavə maliyyə tərəfdaşları cəlb etmək üzərində çalışır.
Qeyd edək ki, daha əvvəl “Sevilya”nı almağa İspaniya millisinin və klubun sabiq müdafiəçisi Serxio Ramos da maraq göstərmişdi. Həmin danışıqlar zamanı klubun dəyəri təxminən 450 milyon avro olaraq qiymətləndirilirdi.
“Sevilya” La Liqada 13 turdan sonra 6-cı pillədə qərarlaşıb.