28 noyabr 2026. Şənbə

“Çelsi” “Komo”nun müdafiəçisini transfer etmək istəyir


  • Transfer
  • 23:59 27.11.2026
  • Oxunma sayı: 76
“Çelsi” “Komo”nun müdafiəçisini transfer etmək istəyir
championat

“Çelsi” klubu 2027-ci ildə müdafiə xəttini gücləndirməyi planlaşdırır.

90deqiqe.Az-ın məlumatına görə,Paytaxt təmsilçisi hazırda “Komo”da çıxış edən mərkəz müdafiəçisi Yakobo Ramonun oyununu yaxından izləyir. Bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Məlumata görə, “Çelsi” rəhbərliyi 21 yaşlı futbolçunu yüksək qiymətləndirir. Lakin onun “Stemford Bric”ə keçidi yalnız yay transfer pəncərəsində mümkündür. London klubu eyni zamanda “Napoli”yə icarəyə verdiyi Benua Badyashili vaxtından əvvəl geri qaytarmağı planlaşdırmır.

Qeyd edək ki, Ramonun hüquqları formal olaraq “Komo”ya məxsus olsa da, “Real” mövsümün sonunda müdafiəçini geri qaytarmaq hüququna malikdir. Eyni şərt onun komanda yoldaşı Nikolas Pasın müqaviləsində də nəzərdə tutulub.

Xatırladaq ki, daha əvvəl “Arsenal” və “Mançester Yunayted” klublarının da 21 yaşlı ispaniyalı futbolçuya maraq göstərdiyi bildirilirdi.







Transfer