- Transfer
- 01:17 28.11.2026
“Milan” klubu “Fənərbağça”nın sol cinah müdafiəçisi Arçi Brauna yenidən maraq göstərir.
90deqiqe.Az xəbər verir ki, İtaliya təmsilçisi 24 yaşlı ingiltərəli futbolçunun transfer imkanlarını Perişa Estupinyanın gələcəyi ilə bağlı qeyri-müəyyənlik fonunda dəyərləndirir. Bu barədə “MilanNews24” məlumat yayıb.
Məlumata görə, İngiltərəli futbolçunun müqaviləsində 23 milyon avro məbləğində sərbəstqalma maddəsi yer alır. Maraqlanan klublar bu məbləği həm yanvar transfer pəncərəsində, həm də gələn ilin yayında ödəyərək futbolçunu heyətlərinə qata bilərlər.
Braun İstanbul klubunda əsas heyətin müntəzəm üzvünə çevrilib və UEFA Çempionlar Liqasında da yaxşı təsir bağışlayıb. Bir neçə İngiltərə Premyer Liqası klubunun da müdafiəçini izlədiyi bildirilir. Bu səbəbdən “Milan” transfer uğrunda ciddi rəqabətlə üzləşə bilər.
Qeyd edək ki, Braun bir ildən çox əvvəl “rossoneri”nin təklifindən imtina etdikdən sonra yenidən Milan klubunun maraq dairəsinə düşüb. Müdafiəçi 2025-ci ilin iyulunda “Gent”dən 8 milyon avroya transfer olunduğu “Fənərbağça”ya üstünlük vermişdi. Onun İstanbul klubu ilə müqaviləsi 2028-ci ilin iyununa qədər qüvvədədir və anlaşmada müqavilənin daha bir mövsüm uzadılması imkanı da nəzərdə tutulub.