28 noyabr 2026. Şənbə

PSJ və “Arsenal” Xulian Alvaresin transferində maraqlıdır


  • Transfer
  • 09:21 28.11.2026
  • Oxunma sayı: 16
PSJ və “Arsenal” Xulian Alvaresin transferində maraqlıdır
Rəsmi

Madrid “Atletiko”sunun hücumçusu Xulian Alvares digər klubların diqqət mərkəzində qalmaqda davam edir.

90deqiqe.Az-ın “TEAMtalk”a istinadən məlumatına görə, 26 yaşlı argentinalı futbolçu ilə PSJ və “Arsenal” klubları yaxından maraqlanır.

Paris klubu hücumçunun transferi ilə bağlı yeni sorğular göndərib. “Arsenal” isə futbolçu ətrafındakı vəziyyəti izləməkdə davam edir.

“Atletiko” rəhbərliyi Alvaresin qış transfer pəncərəsində komandadan ayrılmasına icazə verməyəcəyini artıq bəyan edib. Futbolçunun özü də yanvarda klubunu dəyişməyi planlaşdırmır.

Qeyd edək ki, “Transfermarkt” portalı argentinalı hücumçunun bazar dəyərini 110 milyon avro qiymətləndirir. Ötən yay Alvaresin transferində əsas namizəd “Barselona” hesab olunsa da, Madrid klubu danışıqlara başlamaqdan imtina edib.







Transfer