28 noyabr 2026. Şənbə

“Milan” “Nottingem Forest”in hücumçusunu transfer etmək istəyir


  • Transfer
  • 20:32 28.11.2026
  • Oxunma sayı: 44
“Milan” “Nottingem Forest”in hücumçusunu transfer etmək istəyir
Rəsmi

İtaliyanın “Milan” klubu İngiltərənin “Nottingem Forest” komandasının mərkəz hücumçusu Arno Kalimuendo ilə maraqlanır.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Matteo Moretto məlumat yayıb.

Mənbənin məlumatına görə, “rossoneri” 24 yaşlı fransalı futbolçunu qış transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır. Bildirilir ki, “Milan”ın idman departamentinin rəhbəri Kalimuendonu Frankfurt “Ayntraxt”ında çıxış etdiyi dövrdən tanıyır.

Hücumçu cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla beş oyunda meydana çıxıb, lakin hələlik məhsuldar göstərici ilə yadda qalmayıb.

Kalimuendonun “Nottingem Forest”lə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalı fransalı futbolçunun bazar dəyərini 20 milyon avro qiymətləndirir.







Transfer