28 noyabr 2026. Şənbə

Eşli Koul İngiltərə klubunun baş məşqçisi ola bilər


  • Transfer
  • 20:54 28.11.2026
  • Oxunma sayı: 39
Eşli Koul İngiltərə klubunun baş məşqçisi ola bilər

İngiltərə millisinin və “Çelsi”nin sabiq müdafiəçisi Eşli Koul “Bristol Rovers” klubunun baş məşqçisi postuna gətirilə bilər.

90deqiqe.Az-ın “Sky Sports”a istinadən məlumatına görə,  45 yaşlı mütəxəssis doğma meydanda “Tranmere Rovers”ə 1:3 hesablı məğlubiyyətdən sonra istefaya göndərilməsi gündəmdə olan Stiv Evansı əvəzləyə bilər.

Tərəflər artıq danışıqlar aparıblar. Hazırda “Bristol Rovers” İngiltərə İkinci Liqasının turnir cədvəlində 18-ci pillədə qərarlaşıb və aşağı liqaya düşmə zonasından cəmi beş xal öndədir.

Eşli Koul iyun ayında İtaliyanın “Çezena” klubundan ayrıldıqdan sonra işsizdir. Onun bu komandada fəaliyyəti cəmi səkkiz oyun davam edib. Bu, Koulun baş məşqçi kimi ilk təcrübəsi olub.

Qeyd edək ki, futbolçu karyerasını 2019-cu ildə başa vuran Koul bundan sonra “Derbi Kaunti”, “Çelsi”, “Everton” və “Birmingem” klublarının məşqçi heyətində çalışıb.

O, həmçinin beş il ərzində Li Karlzlinin İngiltərənin U-21 millisində köməkçisi olub. Koul bu müddətdə komanda ilə ardıcıl iki dəfə Avropa çempionluğunu qazanıb.







Transfer