- Transfer
- 20:58 28.11.2026
İngiltərə Premyer Liqasının 2026/2027 mövsümünün 12-ci turunda “Mançester Yunayted” doğma meydanda “Brentford”a böyük hesabla məğlub olub.
90deqiqe.Az-ın məlumatına görə, Mançesterdəki “Old Trafford” stadionunda keçirilən qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşü baş hakim Robert Cons idarə edib.
“Brentford”un hücumçusu Kallum Vilson matçın 19-cu dəqiqəsində hesabı açıb. O, 32-ci dəqiqədə bir daha fərqlənərək dublunu rəsmiləşdirib və komandasının üstünlüyünü iki topa çatdırıb.
Qarşılaşmanın son dəqiqələrində qonaqlar daha iki qol vurublar. 82-ci dəqiqədə müdafiəçi Kristoffer Ayer fərqi üç topa çatdırıb. Əsas vaxta əlavə olunmuş birinci dəqiqədə isə vinger Kevin Şade oyunda son nöqtəni qoyub – 4:0.
Bu məğlubiyyətdən sonra “Mançester Yunayted” 12 oyundan topladığı 8 xalla Çempionşipə düşmə zonasındakı mövqeyini qoruyub.
“Brentford” isə xallarının sayını 20-yə çatdıraraq turnir cədvəlinin beşinci pilləsinə yüksəlib.