- Transfer
- 20:44 29.11.2026
İspaniyanın “Barselona” klubu Dortmund “Borussiya”sının və Fransanın gənclərdən ibarət millisinin mərkəz müdafiəçisi Coan Qadu ilə yaxından maraqlanır.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Diario Sport” nəşri məlumat yayıb.
Məlumata görə, Kataloniya təmsilçisi yaxın transfer pəncərəsində 19 yaşlı futbolçunun transferi uğrunda mübarizəyə qoşula bilər. Lakin “Barselona”nın bu keçiddə rəqibləri az deyil. Madrid “Real”ı, Fransanın PSJ klubu və İngiltərənin “Arsenal” komandası da gənc müdafiəçinin xidmətində maraqlıdır.
Qeyd edək ki, Coan Qadu cari mövsümdə Dortmund “Borussiya”sının heyətində bütün turnirlərdə 17 oyunda meydana çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Transfermarkt portalının məlumatına əsasən, fransalı futbolçunun hazırkı bazar dəyəri 28 milyon avro təşkil edir.