6 dekabr 2025. Şənbə

Şeydayev uğursuz transferlər siyahısında


  • Transfer
  • 11:02 05.11.2019
  • Oxunma sayı: 441
Şeydayev uğursuz transferlər siyahısında

Rusiyanın soccer.ru saytı yayda Premyer Liqa klublarının etdiyi ən uğursuz transferlərin siyahısını dərc edib.

Corner.az-ın məlumatına görə,  siyahıda Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev də yer alıb. Yayda azad agent kimi Moskva "Dinamo"suna keçən 23 yaşlı hücumçunun ümidləri doğrultmadığı bildirilib: "Baş məşqçi ilk turlarda mərkəz hücumçusu tapa bilmədiyi üçün Şeydayevi oynadırdı. "Zenit"in yetirməsi fiziki cəhətdən güclü və hündürdür, üstəlik, mövqeyi də dəyişməmişdi. Ancaq zəif təsir bağışladı, heç bir qol vura bilmədi".

Qeyd edək ki, siyahıya Malkom ("Zenit"),  Maksimilian Filipp ("Dinamo"),  Quus Til ("Spartak"), Tonni Vilyena ("Krasnodar"), Reziuan Mirzov ("Spartak"), Kayo ("Krasnodar"), Elmir Nabiullin ("Soçi"), Lukas Santos (SSKA) və Andre Şürrle ("Spartak") daxil olub.(qol)







Transfer