- Transfer
- 15:10 14.12.2025
PSJ-nin hücumçusu Mauro İkardi komandada qalmaq istəyir.
Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, bu barədə 26 yaşlı hücumçunun özü açıqlama verib.
İkardi "İnter"ə qayıtmaq fikrində deyil: "Meydanda olduğum müddətdə bütün gücümü ortaya qoyuram və bunu növbəti aylarda da etməliyəm. Burda qalıb-qalmayacağımı mövsümün sonunda məlum olacaq. PSJ-yə yaxşı işlər görmək üçün gəldim. Dünyanın ən yaxşı komandalarından birində oynayıram. Bu mənim karyeramda böyük bir addımdı. PSJ-də qalmaq üçün hər şeyimi verəcəm".
Qeyd edək ki, İkardi mövsümün sonuna qədər icarə əsasında PSJ-də çıxış edəcək.