- Transfer
- 01:36 15.08.2026
"Bakı” futbol klubunun və 2007-ci ildə Azərbaycan milli komandasının baş məşqçisi olmuş makedoniyalı mütəxəssis Gyoko Hacıyevskinin yeni klubu müəyyənləşib.
Corner.az-ın xarici KİV-lərə istinadən xəbərinə görə, o, Birləşmiş Ərəb Əmirliklərinin “Emirates” klubuna baş məşqçi təyin edilib.
64 yaşlı mütəxəssis daha əvvəl də BƏƏ-də çalışıb. Əvvəllər bir müddət “Əl-Darfa” klubunu çalışdırmış Hacıyevski yenidən bu ərəb ölkəsinə qayıdıb.(qol)