12 may 2026. Çərşənbə axşamı

Honda'nın yeni klubu


  • Transfer
  • 23:50 07.11.2019
  • Oxunma sayı: 526
Honda'nın yeni klubu
Yaponiyalı futbolçu Keysuke Hondanın yeni iş yeri müəyyənləşib.

Corner.az xəbər verir ki, 33 yaşlı futbolçu “Vitess” klubu ilə müqavilə imzalayıb. 
 
Bu barədə Hollandiya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Honda ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
 
2014-2017-ci illər aralığında “Milan”da çıxış edən təcrübəli futbolçunun son klubu Avstraliyanın “Melburn Viktori” olub.
 
Qeyd edək ki, Honda, bir müddət əvvəl “tvitter”də “Mançester Yunayted” və “Milan”a “mənə təklif göndərin” deyə, ismarıc yollamışdı.






Transfer