15 dekabr 2025. Bazar ertəsi

İbrahimoviç Milan'a qayıdır?


  • Transfer
  • 10:13 08.11.2019
  • Oxunma sayı: 521
İbrahimoviç Milan'a qayıdır?

 “Los-Anceles Qalaksi”nin futbolçusu Zlatan İbrahimoviç karyerasını yenidən İtaliyada davam etdirə bilər.

Corner.az xəbər verir ki, bu barədə ESPN-ə MLS-in 2-ci rəhbəri Don Qarber bildirib. Onun sözlərinə görə, 38 yaşlı hücumçunun ABŞ-da qalması inandırıcı deyil: “Zlatan MLS-də keçirdiyi 2 il ərzində demək olar ki, liqanın bütün rekordlarını qırdı. Əlbəttə, onun ABŞ-da qalmasını istərdim, amma hər şey “Los-Anceles Qalaksi”dən asılıdır. Yenə deyirəm, onun MLS-də oynamasını arzulayıram. İşinə olan yanaşmasını, özü barədə üçüncü şəxs kimi danışma tərzini bəyənirəm. Ancaq indi onu dünyanın ən böyük klublarından biri olan “Milan” cəlb edir”.

Qeyd edək ki, İbrahimoviç ötən il transfer olunduğu “Los-Anceles Qalaksi”nin heyətində keçirdiyi 58 oyundan 53 qol vurub və 15 məhsuldar ötürmə verib. 







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində