2 oktyabr 2026. Cümə

Mourinyo Bavariya'da?


  • Transfer
  • 22:08 08.11.2019
  • Oxunma sayı: 531
Mourinyo Bavariya'da?

Təcrübəli baş məşqçi Joze Mourinyo Bavariya klubunu çalışdıra bilər.

Corner.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Münhen təmsilçisi 56 yaşlı mütəxəssislə 2022-ci ilə qədər müqavilə bağlamaq istəyir. Klubun rəhbərliyi ilkin mərhələdən sonra düşünmək üçün danışıqlara fasilə verib.Mourinyoilə bağlı qərar milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə zamanı və ya ondan sonra veriləcək.

Qeyd edək ki, “Bavariya” noyabrın 4-də Niko Kovaçı uğursuz nəticələrə görə istefaya göndərib. Münhen təmsilçisi Bundesliqada geridə qalan 10 turdan sonra 18 xalla 4-cü pillədə qərarlaşıb







Transfer