20 aprel 2026. Bazar ertəsi

İnter Lukakunun əvəzləyicisini tapdı


  • Transfer
  • 13:42 10.11.2019
  • Oxunma sayı: 490
İnter Lukakunun əvəzləyicisini tapdı

“İnter” qış fasiləsində heyətinə yeni futbolçu cəlb etmək istəyir.

Corner.az xəbər verir ki,  “Çelsi”nin futbolçusu Olivye Jiru Milan təmsilçisinin maraq dairəsindədir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “İnter” 33 yaşlı hücumçunu Romelu Lukakuya əvəzləyici olaraq düşünür.

Artıq fransalı futbolçu və “İnter” rəhbərliyi arasında danışıqlar başlayıb.

Qeyd edək ki, Jiru bu mövsüm “Çelsi” forması ilə 6 oyuna çıxıb.







Transfer