Yuventus İquainlə müqaviləni uzadır
-
Transfer
-
12:05 13.11.2019
-
Oxunma sayı: 492
"Yuventus" hücumçusu Qonsalo İquainlə müqaviləni yeniləyəcək.
Corner.az xəbər verir ki, bunu klubun idman direktoru Fabio Paratiçi İtaliya mətbuatına açıqlamasında bildirib. Onun sözlərinə görə, 31 yaşlı futbolçu ilə yaxın günlərdə yeni müqavilə imzalanacaq.İquainin hazırkı müqaviləsinin müddəti 2021-ci ilin iyununda sona çatır.Qeyd edək ki, argentinalı futbolçu 2016-cı ilin yayında "Napoli"dən “Yuventus"a keçib