- Transfer
- 15:17 11.03.2026
Mançester Siti'nin baş məşqçisi Pep Qvardiola Bavariya'ya qayıda bilər.
Corner.az xəbər verir ki, bu barədə "Bild" nəşri yazıb. Bildirilir ki, 48 yaşlı mütəxəssis və ailəsinin Mançesterdə yaşamağa uyğunlaşmaqda çətinlik çəkirlər. Onların bu səbəbdən Almaniyaya qayıtmağa müsbət yanaşırlar
Nəşr yazıb ki, "Bavariya" bu mövsümün sonuna kimi Qvardiolanı gözləməyə hazırdır. Klubun ona uzunmüddətli müqavilə təklif edəcəyi bildirilib.
Qeyd edək ki, "Bavariya"da baş məşqçi səlahiyyətlərini müvəqqəti olaraq Hans Flik yerinə yetirir.