12 mart 2026. Cümə axşamı

İbrahimoviç ABŞ klubundan ayrılır


  • Transfer
  • 10:17 14.11.2019
  • Oxunma sayı: 511
İbrahimoviç ABŞ klubundan ayrılır

"Los-Anceles Qalaksi" hücumçusu Zlatan İbrahimoviçlə yollarını ayırmağa hazırlaşır.

Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, bunu MLS klubunun prezidenti Kris Kleyn deyib.

O bildirib ki, 38 yaşlı futbolçunun dekabrın 31-dək olan müqavilə müddəti yenilənməyəcək: "İbrahimoviçə klubdakı və MLS-dəki çıxışına görə təşəkkür edirik. O, gəlişi ilə oyunumuza müsbət təsir göstərdi. Gözəl oyununa və peşəkarlığına görə minnətdarıq".

Qeyd edək ki, Zlatan İbrahimoviçin yenidən "Milan"da oynaması gözlənilir.







Transfer