- Transfer
- 18:38 24.11.2024
"Real"ın futbolçusu Luka Modriç karyerasını ABŞ-da davam etdirə bilər.
Corner.az-ın "AS" nəşrinə istinadən xəbərinə görə, İngiltərə millisinin sabiq futbolçusu və İnter Mayami klubunun prezidenti Devid Bekhem xorvatiyalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.Klubun nümayəndələrindən birinin 34 yaşlı futbolçunu MLS-də oynamağa razı salmaq üçün danışıqlar apardığı bildirilib.
Qeyd edək ki, Modriç bu mövsüm La Liqada 7 matçda 1 qol vurub, 3 qolun ötürməsini verib.