- Transfer
- 18:38 24.11.2024
PSJ müqavilə ilə "İnter"ə məxsus olan futbolçusu Mauro İkardini birdəfəlik almaq istəyir.
Corner.az-ın "Gazetta dello Sport"a istinadən xəbərinə görə, Paris təmsilçisi 26 yaşlı hücumçunun oyunundan razı olduğu üçün onu komandada saxlamağı planlaşdırır. Klub nümayəndələrinin artıq argentinalı futbolçunun agenti və xanımı Vanda Narayla danışıqlara başladığı və müqavilənin detallarını müzakirə etdiyi bildirilib.
PSJ yayda icarəyə götürdüyü İkardinin təzminat qiyməti olan 65 milyon avro ödəməyə razı olduğu bildirilir. Klub futbolçunun özü ilə isə 5 illik müqavilə imzalamaq istəyir.
Qeyd edək ki, İkardi bu mövsüm 10 matçda 9 qol vurub, 1 qolun ötürməsi ilə yadda qalıb.