- Transfer
- 15:17 11.03.2026
Yuventus qapıçısı Voyçex Şensnı ilə yeni müqavilə imzalamağa yaxındır.
Corner.az-ın İtaliya mətbuatına istinadən xəbərinə görə, bununla bağlı tərəflər arasında razılıq əldə olunub. Razılığa əsasən, 29 yaşlı qolkiperlə müqavilənin müddəti 2024-cü ilin yayına qədər uzadılıb.
Qeyd edək ki, polşalı qapıçı bu mövsüm A seriyasında 8 görüşdə oynayıb.