22 oktyabr 2024. Çərşənbə axşamı

27-ci klubla müqavilə imzaladı


  • Transfer
  • 16:10 14.12.2018
  • Oxunma sayı: 614
27-ci klubla müqavilə imzaladı
Uruqvay millisinin sabiq futbolçusu Sebastyan Abreu Braziliyanın  Rio Branko klubuna transfer olunub.

Corner.az-ın Goal.az-a istinadən xəbərinə görə, bununla da  42 yaşlı hücumçu karyerasında 27-ci fərqli klubda çıxış edəcək.  “Dəli” ləqəbli S.Abreu bu göstəricidə özünün dünya rekordunu yeniləyib.  Abreu ötən il alman qapıçı Luts Fannenstieli (25 klub) geridə qoyarak rekorda imza atmışdı.

Qeyd edək ki, Sebastian Abreu 1996-2012-ci illərdə Uruqvay millisinin heyətində 70 oyun keçirib və 26 qol vurub.





Transfer