12 may 2026. Çərşənbə axşamı

Real yeni qapıçı alır


  • Transfer
  • 21:55 21.11.2019
  • Oxunma sayı: 567
Real yeni qapıçı alır

Real heyətinə yeni qapıçı cəlb etmək üçün axtarışlara başlayıb.

Corner.az İspaniya mətuatına istinadən xəbər verir ki, Madrid klubu “Ayaks”ın qapıçısı Andre Onana'nın xidmətində maraqlıdır. Yaxın günlərdə Hollandiya təmsilçisinə rəsmi təklif göndəriləcəyi bildirilir.

Qeyd edək ki, bu mövsüm “Ayaks”da 22 oyuna çıxan 23 yaşlı qolkiper 12 matçda qapısını toxunulmaz saxlayıb. 







Transfer