12 may 2026. Çərşənbə axşamı

Matiç daha bir klubun hədəfində


  • Transfer
  • 12:23 22.11.2019
  • Oxunma sayı: 724
Matiç daha bir klubun hədəfində

"Mançester Yunayted"in yarımmüdafiəçisi Nemanya Matiç komandasını dəyişə bilər. 

Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, 31 yaşlı futbolçu "Atletiko"nun diqqət mərkəzinə düşüb.

Madrid təmsilçisi serbiyalı futbolçunu qış fasiləsində transfer etmək niyyətindədi. Lakin Atletiko Matiç üçün "İnter" və "Milan"la mübarizə aparmalı olacaq. Belə ki, Milan təmsilçiləri də onunla maraqlanır və keçidi üçün danışıqlara başlayıb.

Qeyd edək ki, Nemanya Matiçin "Mançester Yunayted"lə müqavilə müddəti gələn ilin yayı sona çatır.







Transfer