1 oktyabr 2026. Cümə axşamı

Malta klubu yamaykalı atletə müqavilə təklif edir


  • Transfer
  • 14:43 24.10.2018
  • Oxunma sayı: 841
Malta klubu yamaykalı atletə müqavilə təklif edir
Maltanın Valletta klubu yamaykalı keçmiş atlet Useyn Boltu heyətinə gətirməyi planlaşdırır. Corner.az Goal.az-a istinadən xəbər verir ki, klubun direktoru Qasston Slimen 8 qat olimpiya çempionu ilə müqavilə bağlayacaqlarını bildirib. “Bolt kimi məşhur idmançınçını klubumuzda görmək istərdik. Müqavilə təklif edəcəyik. Düşünürəm ki, yamaykalı etiraz etməz”, - direktor deyib. Valletta Boltla dekabrın 13-dək müqavilə bağlamaq niyyətindədir. Həmin gün komanda Malta superkubokunda Balçana ilə qarşılaşacaq. Valletta sentyabr ayında ərəb şirkəti Şanban Group tərəfindən alınıb. Klub Çempionlar liqasında mübarizə aparmaq istəyindədir. 





Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir