- Transfer
- 23:25 25.11.2024
Barcelona hücum xəttindəki problemləri qış transfer pəncərəsində həll etmək niyyətindədir.
Corner.az Mundo Deportivo'ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi yanvar ayında həyata keçirəcəyi transferlə hücum xəttini gücləndirmək istəyir. Belə ki, Barcelona'nın maraqlandığı futbolçular Celta Vigo'nun 22 yaşlı futbolçusu Maxi Gomez və Sevilla'nın şərəfini qoruyan 23 yaşlı Andre Silvadır.
Qeyd edək ki, Gomez bu mövsüm 20, Silva isə 14 oyunda iştirak edib.