- Transfer
- 23:58 30.06.2026
PSJ futbolçusu Kilyan Mbappeyə yeni müqavilə təklif etməyə hazırlaşır.
Corner.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris klubu 2022-ci ilədək müqaviləsi olan 20 yaşlı hücumçunun müqaviləsini daha 5 il uzatmaq niyyətindədir.
Paytaxt təmsilçisi yeni təklif edəcəyi müqavilədə gənc futbolçuya bonuslar da daxil olmaqla, illik 30 milyon avro ödəməyə hazır olduğu bildirilib.
Qeyd edək ki, K. Mbappe ilə Real və Yuventus da maraqlanır.