- Transfer
- 22:18 11.05.2026
"Mançester Yunayted" heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "qırmızı şeytanlar" Noam Emeranla peşəkar müqavilə imzalanıb.
Bu ilin əvvəlində "Amyen"dən transfer edilən 17 yaşlı hücumçu 3 illik müqavilə imzalayıb və əsas komandanın düşərgəsinə qoşulub.
Qeyd edək ki, fransalı futbolçu zədədən sonra bərpa prosesi keçir.