- Transfer
- 22:18 11.05.2026
PSJ-nin idman direktoru Leonardo komandanın futbolçusu Klilian Mbappenin "Real"a keçəcəyi barədə yayılan iddialara münasibət bildirib.
Corner.az-ın "Marca"ya istinadən xəbərinə görə, o, bu iddiaları təkzib edib. Klub rəsmisi bildirib ki, fransalı hücumçu ilə müqavilənin müddətini uzatmaqla bağlı danışıqları davam etdirirlər: "Bununla bağlı yavaş-yavaş irəliləyirik. Mbappe 100 faiz PSJ-də qalacaq".
Qeyd edək ki, 20 yaşlı futbolçunun Paris təmsilçisi ilə hazırkı müqaviləsi 2022-ci ilin iyununda başa çatır.(qol)