“Yuventus”un “Barselona”nın futbolçusu İvan Rakitiçi transfer etmək istədiyi ilə bağlı xəbərlər yayılıb.
Corner.az xəbər verir ki, Turin təmsilçisinin idman direktoru Fabio Paratiçi bu məlumatı təkzib edib.
O, ESPN-ə açıqlamasında bunları deyib: “Komandamızda əla futbolçular toplanıb.Buna görə də hazırda yeni futbolçuya ehtiyac duymuruq. Hər mövqe üçün güclü futbolçularımız var”.
Qeyd edək ki, Rakitiç cari mövsümdə çox az oyun vaxtı qazanır. İspaniya mətbuatı xorvatiyalı futbolçu ilə Yuventus və Mançester Yunayted'in maraqlandığı yaymışdı.