16 dekabr 2025. Çərşənbə axşamı

Bekhem sabiq Arsenal'lını istəyir


  • Transfer
  • 15:33 28.11.2019
  • Oxunma sayı: 503
Bekhem sabiq Arsenal'lını istəyir

Fransa millisinin keçmiş futbolçusu Patrik Viyera ABŞ-da çalışa bilər.

Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, "İnter Mayami" klubu 43 yaşlı mütəxəssisi baş məşqçi postuna gətirmək istəyir.

Ancaq Devid Bekhemin sahibi olduğu komanda bu keçidin reallaşması üçün "Nitsa"ya təzminat ödəməlidi.

"İnter Mayami"nin siyahısında olan digər məşqçilər Roberto Martines və Marselo Qalyardodu. Martines hazırda Belçika yığmasını, Qalyardo isə "River Pleyt"i çalışdırır.







Transfer