- Transfer
- 18:38 24.11.2024
"Neymarı ehtiyatda saxlamaqdan qorxmuram. Onunla danışmışam, zədə səbəbindən altı həftə oynamayıb. Buna görə də, onun sağlamlığını riskə ata bilməzdik”.
Corner.az xəbər verir ki, bu sözləri PSJ-nin baş məşqçisi Tomas Tuçel Fransa mətbuatına açıqlamasında deyib.
Almaniyalı mütəxəssis Neymarı Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Real”la oyunun (2:2) 46-cı dəqiqəsində əvəzləməsinin səbəbini belə izah edib. O, braziliyalı futbolçunu qorumaq üçün qərar verdiyini bildirib: “Belə qərara görə, Neymarı itirməkdən qorxmuram. Bu oyunun çətin keçəcəyini, müdafiəyə xüsusi diqqət edəcəyimizi bilirdim”.