İtaliyanın “Parma” klubunun Zlatan İbrahimoviçi transfer etmək istədiyinə dair iddialar həqiqəti əks etdirmir.
Corner.az xəbər verir ki, A Seriyası təmsilçisinin idman direktoru Daniel Facano bu xəbərləri təkzib edib.
O, “The Guardian” nəşrinə açıqlamasında bunları deyib: “İbrahimoviç “Parma”da görmək istədiyim futbolçudu. Amma biz hazırda onu heyətimizə qata bilmərik. Çünki cibimizə uyğun deyil”.
Qeyd edək ki, İbrahimoviç adı İtaliya, İspaniya klubları ilə daha çox hallanır.