17 mart 2026. Çərşənbə axşamı

Digər təkliflərdən danışmağın mənası yoxdur - Prosineçki


Digər təkliflərdən danışmağın mənası yoxdur - Prosineçki
"Vəziyyət ideal deyil, sonuncuyuq. Bura "Kayserispor"u liqada saxlamaq üçün gəlmişəm”.

Corner.az xəbər verir ki, bu sözləri “Kayserispor”un yeni baş məşqçisi Robert Prosineçki Türkiyə klubuna təyinatı haqda danışarkən deyib.

Xorvatiyalı mütəxəssis ölkəsinin mətbuatına müsahibəsində Superliqanın sonuncu pilləsində olan Kayseri təmsilçisi ilə yaya qədər işləmək üçün razılığa gəldiyini bildirib: “Daha sonra nələr olacağını görəcəyik. Bu, özümüzü vəziyyətdən necə qurtaracağımızla bağlıdır".

Azərbaycan millisinə qayıdacağı deyilən 50 yaşlı çalışdırıcı digər təklifləri haqda danışmaq istəmədiyini qeyd edib: "İndi digər təkliflərdən danışmağın mənası yoxdur. Çünki "Kayserispor"u seçmişəm. Bundan sonra komandanı Superliqada saxlamağı düşünəcəyik. Komanda əvvəlki illərlə müqayisədə  liderlik səviyyəsindən uzaqdır. İndi heyət daha zəifdir, amma dəyişiklik edilməsi üçün danışımışıq. Dərhal hərkətə keçməli, bizi gücləndirəcək və çempionatda saxlayacaq oyunçuları almağa çalışmalıyıq".

Xatırladaq ki, Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb. O, 2012-2013-cü illərdə isə "Kayserispor"un baş məşqçisi olub.(qol)





Türkiyə S.L.

"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:02 15.03.2026
"Beşiktaş"dan inamlı qələbə
"Trabzonspor"dan səfərdə qələbə
  • Türkiyə S.L.
  • 23:04 09.03.2026
"Trabzonspor"dan səfərdə qələbə
"Fənərbağça"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 08.03.2026
"Fənərbağça"dan çətin qələbə
İstanbul derbisində qalib bəlli oldu
  • Türkiyə S.L.
  • 23:13 07.03.2026
İstanbul derbisində qalib bəlli oldu