6 may 2026. Çərşənbə

Superliqa klubu baş məşqçisiz qaldı


Superliqa klubu baş məşqçisiz qaldı
 “Kasımpaşa” klubunun baş məşqçisi Tayfur Havutçu istefa verib.

Corner.az xəbər verir ki, təcrübəli mütəxəssis, Super Liqanın 18-ci turu çərçivəsində səfərdə “Trabzonspor”a 0:6 hesabıyla məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında vəzifəsindən getdiyini açıqlayıb.
 
49 yaşlı məşqçi göstərilən dəstəyə görə klub rəhbərliyinə və azarkeşlərinə təşəkkür edib, komandaya bundan sonrakı oyunlarda uğurlar arzulayıb.
 
Qeyd edək ki, Tayfur Havutçu “Kasımpaşa”ya ötən ilin dekabr ayının əvvəlində baş məşqçi təyin olunmuşdu. 






Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi