- Türkiyə S.L.
- 23:36 23.11.2024
"Qalatasaray" klubu Superliqanın təxirə salınmasını istəyir.
Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi "Twitter" səhifəsində məlumat paylaşılıb.
İstanbul təmsilçisi matçların azarkeşsiz keçirilməsi əvəzinə, çempionatın 15 gün və ya 1 ay müddətinə dayandırılması təklifi ilə çıxış edib.
Qeyd edək ki, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın aprelin 30-dək ölkədəki bütün idman tədbirlərinin azarkeşsiz keçiriləcəyini bildirib. Martın 15-də Superliqanın 26-cı turun "Qalatasaray" - "Beşiktaş" matçı keçiriləcək.