30 yanvar 2026. Cümə

Heç Allahdan qorxmursunuz? - Fatih Terim


Heç Allahdan qorxmursunuz? - Fatih Terim

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim koronavirusa görə Türkiyə Superliqasında matçların təxirə salınmamasından şikayətlənib.

Corner.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o,  ölkə çempionatının oyunlarının davam etdirilməsi ilə bağlı bunları bildirib:

"Dünyada bir çox liqa təxirə salınıb. Ağlınıza NBA matçları gəlir?  O da təxirə salındı. Ayrı meydanlarda oynanılmasına baxmayaraq, tennis oyunları da dayandırıldı. Futbol insannın həyatından önəmli deyil. Sağlığımız və həyatımızdan söhbət gedir. Burada akkreditasiyadan keçən 850 nəfər var. Amma çox yaxın məsafədən danışırıq. Bəs 1-1.5 metr uzaq duracaqdıq? Oyunçuların öpüşməyinə mane ola bilərsiniz? Mümkün deyil. Hamımızın həyatı təhlükədədir.  Oyunlar təxirə salınsa, biz də bu virusdan qorunacağıq. Top toplayan uşaqların əlcək geyinməyinin əhəmiyyəti yoxdur. Bizim canımız yoxdur? Heç Allahdan qorxmursunuz? Cəzaya görə heç kimə heç nə deyə bilmirik. Kimsə bunu deyə bilmir, hamı deyinir". (qol)







Türkiyə S.L.

"Beşiktaş" səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:09 26.01.2026
"Beşiktaş" səfərdə xal itirdi
"Fənərbağça" evdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:03 25.01.2026
"Fənərbağça" evdə xal itirdi
“Trabzonspor”dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:16 23.01.2026
“Trabzonspor”dan çətin qələbə
"Beşiktaş" 3 xalı tək qolla qazandı
  • Türkiyə S.L.
  • 00:51 20.01.2026
"Beşiktaş" 3 xalı tək qolla qazandı
Super Liqa klubuna qəyyum təyin olundu
  • Türkiyə S.L.
  • 22:21 16.01.2026
Super Liqa klubuna qəyyum təyin olundu