6 may 2026. Çərşənbə

Rüştü Reçber də koronavirusa yoluxdu


Rüştü Reçber də koronavirusa yoluxdu

Türkiyə millisinin sabiq qapıçısı Rüştü Reçber koronavirusa yoluxub.

Corner.az xəbər verir ki, bu barədə məlumatı 46 yaşlı veteran futbolçunun xanımı İşıl Reçber özünün İnstagram hesabında paylaşıb.

O, Rüştünün xəstəxanaya yerləşdirildiyini bildirib: "Mənim, oğlum və qızımın test nəticəsi neqativ çıxıb. Buna görə də biz evdə, Rüştü isə xəstəxanadadır. Görüşə də icazə verilmir. Ən çətini də onun yanında ola bilməməkdir" - deyə, o, bildirib

Qeyd edək ki, Türkiyənin ən yaxşı qapıçılarından olmuş Rüştü millidə 120 oyuna çıxıb. O, karyerası ərzində “Antalyaspor”, “Fənərbaxça”, “Beşiktaş” və "Barselona"da çıxış edib.







Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi