6 may 2026. Çərşənbə

Qalatasaray'ın sabiq prezidentinin həyat yoldaşı koronavirusa yoluxdu


Qalatasaray'ın sabiq prezidentinin həyat yoldaşı koronavirusa yoluxdu

“Qalatasaray” klubunun sabiq prezidenti Faruk Sürenin həyat yoldaşı Hatice Süren koronavirusa yoluxub.

Corner.az “A haber”ə istinadən xəbər verir ki, onun koronavirus testi müsbət çıxıb.

Hatice Sürenin evində müalicəsinə davam etdiyi vurğulanıb. Onunla birlikdə Faruk Süren də testdən keçib, lakin onun testi mənfi nəticələnib.

Qeyd edək ki, daha öncə “Qalatasaray”ın koronavirusa yoluxan baş məşqçisi Fatih Terim evə buraxılıb. Ondan öncə İstanbul təmsilçisinin vitse-prezidenti Abdurrahim Albayrak, idarə heyətindən Yusuf GünayMahmut Recevik də virus aşkarlanıb. 







Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi