6 may 2026. Çərşənbə

Emre Belözoğlu karyerasını başa vurur


Emre Belözoğlu karyerasını başa vurur

Türkiyə millisinin və "Fənərbaxça"nın futbolçusu Emre Belözoğlu mövsümün sonunda karyerasını başa vuracaq. 

Corner.az-ın məlumatına görə, bu barədə "Hürriyet" qəzetinə 40 yaşlı yarımmüdafiəçinin özü açıqlama verib. 

O, AVRO-2020-də iştirak etmək istədiyini, amma bu il baş tutmadığı üçün məyus olduğunu bildirib: "Avropa çempionatında oynamağı çox istədim. Amma qismət olmadı. Özümə görə nə qədər məyusamsa, hazırda zədəli olan dostlarım üçün bir o qədər sevinirəm. 2021-ci ildə hamısı oynayacaq və dünya onların sayəsində Türkiyədən danışacaq. Allah mənə xəyal etdiyim karyeranı nəsib etdi. Digər futbolçuların daha yaxşılarını yaşamasını istəyirəm". 

Qeyd edək ki, UEFA AVRO-2020-nin 2021-ci ildə keçirilməsinə qərar verib.







Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi